Vardanyanın yalanını Əliyev belə darmadağın etdi – Ruben Karlenoviçin PUÇ OLAN XƏYALLARIbackend

Vardanyanın yalanını Əliyev belə darmadağın etdi - Ruben Karlenoviçin PUÇ OLAN XƏYALLARI

“İlham Əliyev açıq şəkildə bildirir ki, Qarabağ münaqişəsi həll edilib və Rusiya sülhməramlılarının mövcudluğuna az qalıb. Amma Vardanyan elə göstərir ki, guya hər şey nəzarət altındadır”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Razmik Akopjanyanın hazırladığı məqalədə yer alıb.

Hətta erməni analitik də öz məqaləsində separatçı Vardanyanı tənqid hədəfinə çevirib və onun provakasiya ilə məşğul olduğunu dilə gətirib:

“Vardanyan göstərməyə çalışır ki, Azərbaycan tərəfi guya “Artsax”la birbaşa dialoqa başlamaq istəyini açıqlayır. O, bu barədə öz Facebook səhifəsində yazıb. Vardanyanın hamını savadsız, sadəlövh və axmaq kimi qəbul etməsi tamamilə qəbulolunmazdır. Çünki onun yalan danışdığını anlamaq üçün Azərbaycanın bir-iki xəbər saytında axtarış aparmaq kifayətdir. Azərbaycan prezidentinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərə diqqət edək. Orada Vardanyanın dediklərinə sübuta yetirəcək heç bir cümlə yoxdur” – erməni analitik vurğulayıb.

“Düşünürəm ki, Ermənistanın həqiqətən nə istədiyi barədə açıq danışması vacibdir. Əgər onlar Qarabağdakı ermənilərin hüquqlarından, təhlükəsizliyindən danışmaq istəsələr, bu, işə yaramayacaq. Biz bu barədə Moskvanın göndərilən və cibində rus xalqından oğurlanan milyardlarla pul olan Vardanyan kimi adamlarla danışmayacağıq” – Əliyev bildirib.

Erməni analitik Vardanyanın yalanını və manipulyasiya etdiyini belə sübuta yetirir: “Prezident Əliyevin çıxışında “Artsax” sözü ümumiyyətlə işlədilməyib. Əliyev Vardanyanı kim hesab etdiyini də açıq şəkildə bildirib. Ruben Karlenoviçin hamımıza məlum keçmişini nəzərə alsaq, burada mübahisə yersizdir. Bəli, o, Rusiya vətəndaşlığından imtina etdi. Amma Vardanyan Rusiya və Kremllə sıx bağlı adam olub və bu, belə də davam edəcək.  O da aydındır ki, Əliyev ümumiyyətlə Vardanyana deyil, Putinə müraciət edib. Və məqsədinə də çatıb. Rusiya prezidenti Azərbaycan liderinə zəng edib. Aydındır ki, dövlət başçıları Əliyevin dediklərini Avropa İttifaqından olan nümayəndə heyətinin iştirakı ilə müzakirə ediblər. Üstəlik  Əliyev bir müddət öncə Putinlə Soçidə keçirdiyi görüşdə də vurğuladı ki, münaqişə bitib və onun üçün “Artsax” və “Artsax” xalqı yoxdur. Yalnız erməni millətindən olan Azərbaycan vətəndaşları var. Vardanyan isə bunu yaxşı bilir. O da bilir ki, Əliyevin müvafiq sərəncamı ilə “Qarabağ iqtisadi zonası” yaradılıb. Tərkibinə Xankəndi də daxildir. Nəhayət, Vardanyan da Rusiyanın sülhməramlıları ilə bağlı Azərbaycanın mövqeyindən xəbərdardır. Bakı onların bölgədə qalma müddətinin uzadılmayacağında israrlıdır” – Akopjanyanın vurğulayıb.

“2025-ci ildə, yəni Rusiya sülhməramlıları gedən zaman Azərbaycan hökuməti Ağdamdan Xankəndinəqaz kəməri çəkməyi və qaz nəzarət məntəqələri qurmağı planlaşdırır. Nəinki Vardanyanın, hətta başqasının da Azərbaycanın bu planlarını pozmağa çətin cürəti çatsın. Onlar Xankəndini öz nəzarətlərinə qaytara biləcəklərinə əmindirlər. Amma Vardanyan elə göstərir ki, hər şey nəzarətdədir. Vardanyanın öz siyasi karyerasını açıq-aşkar manipulyasiya ilə başlamaq qərarı isə tamamilə yanlışdır” – Akopjanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*