Vedomosti: “Putinlə Qrossinin görüşünə hazırlıq gedir”backend

Vedomosti: "Putinlə Qrossinin görüşünə hazırlıq gedir"

Rusiya Prezidenti Vladimir Putin və MAQATE-nin baş direktoru Rafael Qrossi bu həftə danışıqlar aparacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, görüş oktyabrın 11-də Sankt-Peterburqda baş tuta bilər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 6-da bildirib ki, Qrossinin səfəri hazırlanır, lakin detalları dəqiqləşdirməyib.

Qeyd edək ki, oktyabrın 5-də Vladimir Putin Zaporojye AES-in Rusiya yurisdiksiyasına verilməsi şərtlərini müəyyən edən fərman imzalayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*