Mingəçevirdə qadın sürücü yeniyetmə velosipedçini vuraraq hadisə yerindən uzaqlaşıb.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Günəşli yaşayış massivi ərazisində baş verib. Minik maşını 2011-ci il təvəllüdlü velosipedçi Paşayev Nicat Yusif oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb.
Yaralı velosipedçi xəstəxanaya aparılıb. Onun verdiyi ilkin məlumata görə, maşının sürücüsü qadın olub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az
