Vens şəxsən özü bunu Zelenskidən tələb etdibackend

Vens şəxsən özü bunu Zelenskidən tələb etdi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens iyulun 31-də telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna və onunla əlaqəli tankerlərə zərbələri dayandırmağı tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Vaşinqton Ukraynanın hücumlarının qlobal neft bazarlarına təsir göstərəcəyindən və ABŞ şirkətlərinin maraqlarına zərər vuracağından narahat olub.

FT-nin məlumatına əsasən, Kiyev ABŞ-ın tələbindən sonra CPC infrastrukturunu və Rusiya mənşəli olmayan gəmiləri hədəf almamağa razılaşıb. Bunun qarşılığında Ukraynanın ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorların istehsalına lisenziya almaq istəyinin də nəzərə alındığı bildirilir.

ABŞ rəsmisi də Ukraynaya Qara dənizdə Rusiya mənşəli olmayan gəmilərə və CPC infrastrukturuna hücumları dayandırmaq barədə xəbərdarlıq edildiyini təsdiqləyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*