Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev “Facebook” səhifəsini bağlayıb.
KONKRET.az xəbər verir ki, Hikmət Babayev bu addımı iki gün öncə taksi qiymətləri haqqında çıxışından sonra sərt tənqidlərə və etirazlara məruz qalması ilə bağlı atıb.
Hikmət Babayev taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışan zaman taksidən istifadənin imkana bağlı olduğunu bildirmişdi:
”Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən istifadə etmək əvvəlki dönəmlərdə olduğu kimi müəyyən imkanlara bağlı olan bir şeydir. Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”.
Vətəndaşlar bu fikirlərinə görə, BNA rəsmisindən üzr gözləyirlər o isə qarşılıq olaraq öz sosial şəbəkə hesabını bağlayır.

Uzr bes elemir. Dovlet xalqla birdise onu dovletimiz ozu cezalandirmaq. Umumen bele dusun eli insanlar rehber isde islememelidi mence
Vallah baxıram bu anormal insanın başı qaçıb.bu nə danışır millətin 40 -50 faizi taksi sürür ki axşam bir mörək alsın bu gici kim çıxarıb ora bilmirəm