Vətəndaşlarımız Gürcüstandan deportasiya edildilərbackend

Vətəndaşlarımız Gürcüstandan deportasiya edildilər

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları son bir neçə gün ərzində 113 əcnəbini deportasiya edib və onların sırasında Azərbaycan vətəndaşları da var.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstandan Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, Qazaxıstan, Keniya, Çin, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan, Efiopiya və digər ölkələrin vətəndaşları çıxarılıblar.

Deportasiya edilən şəxslərin Gürcüstana girişi qadağan edilib.

Gürcüstanda son vaxtlar qeyri-qanuni miqrantlara qarşı fəal mübarizə aparılır. Parlament immiqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya prosedurlarını, eləcə də miqrantların axtarışını sadələşdirib. Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*