Viktor Orban Azərbaycana səfər edəcəkbackend

Viktor Orban Azərbaycana səfər edəcək

Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.

Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.

“Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər.
Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*