“Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la oyun böyük çağırışdır”backend

"Viktoriya"nın baş məşqçisi: "Qarabağ"la oyun böyük çağırışdır"

“Bir çox futbolçum kimi mən heç vaxt bu turnirin qrup mərhələsində oynamamışam”.

KONKRET.az report-a iatinadən xəbər verir ki, bunu “Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Çexiyada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, bu görüş onlar üçün böyük çağırışdır: “Bilirik ki, evdə daha güclüyük və azarkeşlərimiz yenə bizi tək qoymayacaq”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*