Vilayət Eyvazov generalın oğlunu vəzifədən azad etdi – FOTObackend

Vilayət Eyvazov generalın oğlunu vəzifədən azad etdi - FOTO

Daxili işlər naziri, general-polkovik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb.

U.Şirinov sərəncama götürülüb.

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur.

Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

 

Fotoda: Nüsrət Şirinov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*