backend

Vilayət Eyvazovdan Gəncəyə YENİ TƏYİNAT

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı daha bir əmr imzalayıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə polis polkovnik-leytenantı Vilayət Allahverdiyev Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin olunub.

O, bundan əvvəl həmin idarədə baş əməliyyat müvəkkili olub.

Daha əvvəl isə Goranboy RPŞ-nin CAİ rəisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*