Vilayət Eyvazovdan yeni rəis TƏYİNATIbackend

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polkovnik-leytenant Zahir İsmayılov Suraxanı Rayon Polis İdarəsinin Tədqiqat şöbəsinə rəis təyin olunub.

Bu təyinata qədər Z.İsmayılov Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifəsində çalışıb./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*