Vilayət Eyvazovdan yeni TƏYİNATbackend

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

KONKRET.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Mehman Həsənov Samux Rayon Polis Şöbəsinin kadrlar şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, M.Həsənov bu təyinatdan əvvəl Gəncə şəhəri, Kəpəz Rayon Polis Şöbəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*