Rusiyanın ticarət naziri Anton Alixanov “Volkswagen”in Kaluqadakı köhnə fabrikində kütləvi avtomobil istehsalına başlanıldığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Alixanov zavodda hansı marka və ya model avtomobillərin istehsal ediləcəyi ilə bağlı ətraflı məlumat verməyib.
Keçən həftə səlahiyyətlilərlə görüşdüyünü deyən Alixanov zavodda hansı marka və ya model avtomobillərin istehsal ediləcəyi ilə bağlı ətraflı məlumat verməyib.
Qeyd edək ki, alman avtomobil istehsalçısı Volkswagen Rusiyadakı aktivlərini 2023-cü ilin mayında bir rus şirkətinə satıb.
Xatırladaq ki, Rusiyada Mercedes, Renault və Nissan şirkətlərinin aktivləri əvvəllər Rusiya hökumətinə verilib
Rəsmiyyə Şərifova,
KONKRET.az