Vüsal İsgəndərlinin komandası ermənilərə uduzdubackend

Vüsal İsgəndərlinin komandası ermənilərə uduzdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi Albaniya “Eqnatiya”sı bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib. 

KONKRET.az xəbər verir ki, komanda ilk görüşdə səfərdə 1:1 hesablı heç-heçə etdiyi “Ararat” ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Burada komandalar hərəyə 1 qol vurublar. Ona görə də görüş penaltilər seriyası ilə davam edib. “Ararat” penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək mərhələ adlayıb.

V.İsgəndərli sözügedən oyunda meydana start heyətində çıxıb. O, 62-ci dəqiqədə Alessandro Kaçbuli ilə əvəzlənib.

Qeyd edək ki, bu ay “Eqnatiya”ya keçən V.İsgəndərli “Ararat” ilə ilk oyuna ehtiyat oyunçular skamyasında başlayıb O, 59-cu dəqiqədə meydana daxil olub.

22:00. “Eqnatiya” (Albaniya) – “Ararat” (Ermənistan) – 4:4 (penaltilər seriyası – 2:4)

Qollar: Medeyros, 4, Kasa, 36, Dvamena, 108, 120+4 – Eza, 17, Kastaneyra, 58, Yenne, 110, Julio, 113

İlk oyun – 1:1 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*