WSJ: “Kiyev ABŞ-dan Krıma zərbələr endirmək üçün ATACMS raketləri istəyir”backend

WSJ: "Kiyev ABŞ-dan Krıma zərbələr endirmək üçün ATACMS raketləri istəyir"

Ukrayna ABŞ-dan uzaqmənzilli silahlar, o cümlədən ATACMS (Army Tactical Missile System) raketləri tədarük etməyi xahiş edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmiləri və Konqres nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna bu raketlərlə Krımda olduğu ehtimal edilən pilotsuz təyyarə bazasına zərbə endirmək istəyir.

Vaşinqton tədarükdən imtina edib.

ABŞ rəsmiləri hesab edir ki, Kiyevin münaqişənin indiki mərhələsində uzaqmənzilli raketlərə ehtiyacı yoxdur.

Bundan əlavə, ABŞ öz ehtiyatlarının tükənəcəyindən ehtiyat edərək, Ukraynanı ATACMS raketləri ilə təchiz etmək istəmir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*