Xaçatryandan ETİRAF: “Qarabağda 40 min erməni YAŞAYIR”backend

Xaçatryandan ETİRAF: "Qarabağda 40 min erməni YAŞAYIR"

Erməni deputat Qarabağda 40 min erməni olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, bunu bu gün hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan deyib.

Paşinyanın həmkarı Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edib və separatçılarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

“Gərginlik Rusiya və Azərbaycanın maraqlarından irəli gəlir. Biz Xankəndi ilə Bakı arasında birbaşa dialoqa keçməliyik.

Qarabağda yaşayan 40 min qəzəbli sakin Ermənistana gələrək hakimiyyətin dəyişdirilməsini tələb etsələr, Rusiya Federasiyası üçün yaxşı olar.

Qarabağ Azərbaycanla birbaşa dialoq aparmalıdır”, – Xaçatryan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*