Xaçmazda qadın gilas ağacından yıxılaraq ağır xəsarət alıbbackend

Xaçmazda qadın gilas ağacından yıxılaraq ağır xəsarət alıb - Fotolar

Hadisə Xaçmaz rayonunun Xaspoladoba kəndində baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, 1978-ci il təvəllüdlü Babakişiyeva Elmira Şababa qızı həyətyanı bağ sahəsində olan gilas ağacına çıxarkən ehtiyatsızlıqdan yıxılaraq ağır bədən xəsarətləri alıb. Onu dərhal xəstəxanaya çatdırıblar. Həkimlərin tibbi müdaxiləsi sayəsində 40 yaşlı zərərçəkən şəxsin həyatı xilas edilib. Hazırda Elmira Babayevə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində müalicəsini davam etdirir.

Cəlal Fərzəliyev, Konkret.az-ın şimal bürosu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*