Xaçmaz şəhərində yol qəzası qeydə alınıb.
KONKRET.az-ın məlumatına görə, şəhərin Heydər Əliyev prospektində “Opel” markalı avtomobilin ağaca çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
