Xaçmazda toy karvanı qəzaya düşüb: YARALANAN varbackend

Xaçmazda toy karvanı qəzaya düşüb: YARALANAN var

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmazın Qusarçay kəndindən keçən hissəsində “VAZ-21012” markalı minik avtomobili ilə “SKODA” markalı minik avtomobili toqquşub.

KONKRET.az xəbər verir ki, qəza nəticəsində 1985-ci il təvəllüdlü Daşdəmirov Nazxanım Soltanəli qızı, 2011-ci il təvəllüdlü Daşdəmirova Lamiyyə Mansur qızı, 1981-ci il təvəllüdlü Qasımova Naidə Əliskəndər qızı və 1991-ci il təvəllüdlü Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*