Xalq artisti bundan sonra dindar olacaq – FOTObackend

Xalq artisti bundan sonra dindar olacaq - FOTO

Rusiyanın Xalq artisti Yekaterina Vasilyeva yeni qərarı ilə hər kəsi təəccübləndirib.

KONKRET.az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisa rahibə olmaq qərarına gəlib. O, uzun müddətdir monastıra gedib və həyatını dinə həsr edirmiş. Ötən gün isə rəsmi olaraq rahibə olub.

Bu haqda aktrisa Mariya Şukşina məlumat yayıb. O, həmkarını arzusuna çatması münasibətilə təbrik edib. Mariya bildirib ki, Yekaterina artıq kilsədə yeni həyata başlayıb.

Qeyd edək ki, Yekaterina aralarında “Обыкновенное чудо”, “Экипаж”, “Чародеи” kimi filmlərin də yer aldığı 200-dən çox ekran işinə çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*