backend

“Xalqınızın nicatı üçün Paşinyanı dəlixanaya basmalısınız - Onda həm də quduzluq xəstəliyi var”

Ermənistanın baş psixoloqu Samvel Torosyana açıq məktub

Bu məktubu çoxdan yazmaq istəyirdim. Amma hər dəfə müxtəlif səbəblərə görə bu yazımı ertəliyirdim. Nəhayət, dünən tirajlanan bir xəbər bu məktubu yazmaq fikrimi sürətləndirdi. Ola bilsin ki, işinizin çoxluğu səbəbilə məktubumu gec oxuyasınız. Çünki ermənilərin Qarabağ sevdasının daşa dəyməsi və müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü Ermənistanda kifayət qədər insanı depressiyaya salıb. Buna görə də başınız qarışıqdır. Lakin fərq etməz. Bir gün tez, bir gün gec. Əsas odur ki, məktubumu oxuyandan sonra qeyrətə gəlib hərəkətə keçəsiniz. Yəqin ki, xalqınızı və dövlətinizi az-çox sevirsiniz. Hippokrat andı içdiyinizə də əminəm. Baxın, köhnə qonşu kimi deyirəm: – Ermənistan dövlətini və xalqını gözlənilən bəlalardan qurtarmaq xoşbəxtliyi sizin əlinizdədir. Bunun üçünsə sizin cəsarətli bir addım atmağınıza ehtiyac var. Xalqınızın nicatı üçün Nikol Paşinyanı dəlixanaya basmalısınız. Bəli,bəli… Məhz dəlixanaya.Yalnız orda buna doğru-düzgün diaqnoz qoyulub bəlkə müalicə edilə bilər.Əks təqdirə bu xəstə Ermənistanı geridönüşü olmayan bataqlığa  sürükləməkdə davam edəcək.Və sonra gec ola bilər. Bax haa..,”demədi”- demə. Nə qədər gec deyil hərəkətə keçin.

Yeri gəlmişkən, burda sizin bir həmkarınızla söhbət etdim. O da mənimlə razılaşdı. Amma bir az  tərəddüddə qaldı. Dedi ki, Paşinyan təkcə dəli deyil. Onda həm də quduzluq xəstəliyinin əlamətləri var. Açığı mənim də ağlıma batdı. Çünki psixi problemi olanlar qorxaq olur, xüsusilə də ağ xalatlılardan çox çəkinir. Amma Paşinyan həm də qudurub. Öz yiyəsinə hürür. Bildiniz də… ağ ayı məsəli…

Nə isə, mətləbdən yayınmayaq. Qayıdaq Paşinyanının psixi pozğunluq məsələsinə. Həkim olmasam da, müşahidə etməyi bacarıram. Müşahidələrimsə onu göstərir ki, bu adam çoxdan ağlını itirib. Bunun ilk simptomu 2 il bundan qabaq “Qarabağ Ermənistandır, nöqtə” deməsində göstərdi. Çünki nəinki dövlət başçısı, heç statistik orta siyasətçi belə bir ağılsız bəyanat verməzdi. Sonra da Nikolun dəlilikləri sıralandı. Qarabağın yolunu su yoluna döndərdi. Hər gəlişində də bir oyun çıxartdı. Bu oyunları ilə Azərbaycanlıların necə deyərlər damarına basdı. Ağac kölgəsində yatan bu axmaq harda və kimlərlə üz-üzə gəldiyini də unutdu. Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürdü. Hər gün atəşkəsi pozdu. Beləcə də yatmış şiri oyatdı. Nəticədə, ikinci Qarabağ müharibəsi başladı. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında olan qalan ağlını da itirən Paşinyan gah Gəncəni bombardman etdirdi, gah Mingəçevirə raket atdı. Məlubiyyətini və acizliyini gizlətmək üçün ağalarına yalvardı.10 gündə 19 dəfə xarici dövlət başçılarına zəng vurdu. Amma gec idi. Müzəffər Azərbaycan Ordusu dayanmadan irəliləyirdi. Qısa zamanda 120-dən artıq kənd, 2 şəhər, 2 qəsəbə və bir neçə strateji yüksəklik ordumuz tərəfindən işğaldan azad edildi. Paşinyanın yalvarışları isə cavabsız qaldı. Bax, ağlını itirən Paşinyanın quduzluq xəstəliyi burda üzə çıxdı. Məğlubiyyət bataqlığında boğulan Nikol qabağına çıxana hürməyə başladı. İndi ABŞ-a hürür. Avropaya hürür, Rusiyaya hürür. Daxili auditoriya üçün hesablanmış bu hürüşləri ilə özünü və ordusunu güclü göstərmək istəyir.

Amma bu debil bir şeyi unudur ki, görünən dağa bələdçi lazım deyil. ABŞ, Avropa və Rusiya 30 ildir ki, Ermənistanın maraqlarından çıxış edir. Bu günsə sadəcə olaraq Azərbaycan xalqının haqq mübarizəsi qarşısında seyrçi qalıblar. Əgər adlarını çəkdiyim ağaları əllərini Ermənistan üzərindən çəksə ən qısa zamanda üç rəngli Azərbaycan bayrağı İravan üzərində dalğalanar. Ona  görə də dəlinizə sahib çıxın.

Bu  dəli oktyabrın 21-də Facebook səhifəsində bildirib ki, Qarabağ məsələsinin ən azından bu mərhələdə diplomatik həllinin olmadığını anlamalıyıq….”Diplomatik həll yolunun tapılması üçün bütün ümidləri, təklifləri və düşüncələri nəzərə almalıyıq. Niyə? Problemi qarşılıqlı kompromis əsasında həll etməyə hazır olduğumuzu dəfələrlə bildirmişik. Kompromis nə deməkdir? Bu o deməkdir ki, problemi həll etmək adı ilə tələblər səviyyənizi endirə bilərsiniz, amma qarşı tərəf də tələb səviyyəsini aşağı salmalıdır. Amma praktika göstərir ki, Ermənistan üçün məqbul olan hər şey artıq Azərbaycan üçün qəbuledilməzdir”. Bu dəli fikrini bu sözlərlə bitirib: “Azərbaycan artıq razı olduğumuz və ya razılaşa biləcəyimizlə razılaşmır. Bu, indiki şəraitdə diplomatik həll yolu haqqında danışmağın artıq mənasız olduğunu göstərir”.

Hə.., Samvel Torosyan, sizcə ağlı başında olan belə sözlər deyərmi. Təbii ki, yox. Ona görə də xəstənizə sahib çıxın. Tutub salın dəlixanaya. Heç olmasa, quduzluğa qarşı ona bir iynə vurun, bir az sakitləşsin. Əks-təqdirdə Paşinyanı ağıllandırmağın yolunu Müzəffər Azərbaycan Ordusu çox gözəl bilir!!!….

Surxay Atakişiyev

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*