Xankəndidə Arayikə yarım saat vaxt verən ermənilər kor-peşman MİTİNQİ DAYANDIRDILARbackend

Xankəndidə Arayikə yarım saat vaxt verən ermənilər kor-peşman MİTİNQİ DAYANDIRDILAR

Xankəndidə etiraz aksiyası başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Xankəndinin mərkəzi meydanına toplaşan ermənilər etiraz aksiyasını dayandırıblar.

Qondarma “prezident” Arayik Arutyunyan etirazçılara və ona yarım saat vaxt verilməsinə məhəl qoymayıb, onların qarşısına çıxmayıb.

Aksiya iştirakçılarından Narine Qriqoryanın verdiyi məlumata görə, Arayik Arutyunyan aksiya iştirakçılarının qarşısına çıxmayıb, parlamentin sədri gəlib prezidentin televiziya ilə çıxış edəcəyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*