Xəbər verdiyimiz kimi, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış olub.
Hadisə nəticəsində çox sayda ölənlər və yaralananların olduğu bildirilir.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış baş verən ərazidən görüntüləri təqdim edir:
Qeyd edək ki, Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib. Tibbi ləvazimatlarla dolu avtomobil Ağdam-Xankəndi yolu ilə hadisə yerinə yollanıb.
***
Hadisənin erməni mətbuatında yayılmış yeni görüntülərini təqdim edirik:
