Xarici İşlər Nazirliyindən Ata Abdullayevlə bağlı – AÇIQLAMAbackend

Xarici İşlər Nazirliyindən Ata Abdullayevlə bağlı - AÇIQLAMA

“Ata Abdullayevin diplomatik pasportunun olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.

KONKRET.AZ xəbər verir ki, bu sözləri “axar.az”a eksklüziv açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bloger Ata Abdullayevin diplomatik pasportu olması ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib. O bildirib ki, Ata Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir:

“Bu şəxs üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib”- L.Abdullayeva söyləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə İtaliyanın Milan şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanın olduğu kilsəyə getməsi və ona qeyri-peşəkar və savadsız sual ünvanlaması ilə ölkədə ciddi tənqidlərə tuş gələn A.Abdullayevin diplomatik pasporta sahib olduğu haqda iddialar səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*