Xarkovda yaşayış məntəqələri işğaldan azad edildibackend

Xarkovda yaşayış məntəqələri işğaldan azad edildi

Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətində 568 yaşayış məntəqəsini azad edib.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko  brifinqdə bildirib.

“Bu gün Xarkov vilayətində 568 yaşayış məntəqəsi işğaldan azad edilib”, – o qeyd edib.

K. Timoşenko bildirib ki, problemlərin operativ həlli və qərarların qəbulu üçün bölgədə 21 hərbi idarə yaradılıb.

Onun sözlərinə görə, rayonun işğaldan azad edilən, hələ də elektrik enerjisi verilməyən yaşayış məntəqələrində texnika və yanacaq ehtiyatı yaradılır, icmaların sakinləri üçün fərdi istilik cihazları hazırlanaraq alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*