Xəzər dənizində kilkə balıqları niyə yoxa çıxıb? – ÖZƏL CAVABbackend

Xəzər dənizində kilkə balıqları niyə yoxa çıxıb? - ÖZƏL CAVAB

Azərbaycanın bütün iri mağazalarının dəniz məhsulları guşəsində kilkə balıqlarına rast gəlmək olur. Bəs bilirdinizmi ki, Xəzər dənizində, Bakı sahillərində kilkələr yoxa çıxmaqdadır?

KONKRET.az olaraq məsələyə aydınlıq gətirmək məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəhbərliyinə sual ünvanladıq. Cavab isə belə oldu:

“Hər regionun özünəməxsus endemik yanaşması var. Bizə aid zonalarda keçmişdən qalan növlər olub. Fauna-flora bu növlərlə formalaşıb və tarixə düçüb. Ona görə də düşünürəm ki, yad elementlərin baş qaldırmasına və ona süni surətdə şərait yaradıb, sonra da peşmançılığını çəkməyək deyə həyata keçirilən fəaliyyətlər qanunauyğun, normalar çərçivəsində olmalıdır. Bu sahəyə mütəxəssis fikri, elmi-tədqiqat, təhlil yanaşmaları olmalıdır ki, bioloji müxtəliflik qorunsun”.

Bu şərtlərə əməl olunmasa balıqsız qalacağıq. O ki qaldı Xəzərdə kilkələrin bərpasına:

“Çox sadə! Xəzər dənizində nəsli itməkdə olan növlərin uyğun calaqlarını, yaxud oxşar növlərini gətirib bəlli bir zonada onu bəsləmək olar. Süni şəkildə artıraraq dənizə buraxmaq olar. Amma bununla paralel bayaq bir misalı çəkdim, bu bioloji resurslara, varlıqlara qənim olan hərəkətə yol verilməməlidir”.

Yəni balıqları gəmilərin mühərrik qurbanına çevirmək olmaz. Həmçinin suların idarə olunması ciddi diqqət altında olmalıdır, balıqların məhvinə qarşı inzibati və digər tədbirlər görülməlidir. Yoxsa, faciə qaçılmazdır.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*