Xəzər TV-nin daha bir əməkdaşı koronaya yoluxdubackend

Xəzər TV-nin daha bir əməkdaşı koronaya yoluxdu

Xəzər televiziyasında sürücü kimi çalışan Turan Ələkbərov koronavirusa yoluxub.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, T.Ələkbərovun testinin nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, televiziyanın daha iki əməkdaşı bir müddət öncə koronavirusa yoluxub. Onlardan biri Xəbərlər departamentinin müdiri Aynur İsgəndərova, digəri isə sürücü Elməddin Muxtarovdur.

A.İsgəndərova ev şəraitində, E.Muxtarov isə xəstəxanada müalicə alır.

Bildirilib ki, televiziyada 3 nəfər koronavirusa yoluxsa da, dezinfeksiya işləri aparılmayıb, işçilərin kütləvi tibbi testdən keçirilməsi təmin edilməyib.

Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*