Dekabrın 5-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən KONKRET.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 19:25-də qeydə alınıb.
Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,2-ə bərabər olub.