XİN sözçüsü Ermənistan prezidentinin yalanını İFŞA ETDİbackend

XİN sözçüsü Ermənistan prezidentinin yalanını İFŞA ETDİ

Ermənistan Prezidenti Armen Sarkisyan Rusyanın RBK telekanalına müsahibəsində həqiqətləri təhrif edib.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabından bildirib.

O qeyd edib ki, Armen Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb.

“Onun sözlərinə görə, 1980-ci illərin sonunda Azərbaycanı bir milyondan çox erməni tərk edib. Fakt: 1989-cu il siyahıyaalınmasına görə ölkədə 390.505 erməni olub”, – deyə Leyla Abdullayeva vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*