Xırdalanda yaşayış binasında güclü yanğın – VİDEObackend

Xırdalanda yaşayış binasında güclü yanğın - VİDEO

Bu gün Abşeron rayonu Xırdalan şəhərində yaşayış binasında yanğın olub.

KONKRET.az xəbər verir ki, çoxmənzilli binanın dam hissəsini alov bürüyüb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və evin dam örtüyündə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*