Xocalı cəlladı Seyran Ohanyan Ermənistandan QAÇDIbackend

Xocalı cəlladı Seyran Ohanyan Ermənistandan QAÇDI

Ermənistanın keçmiş Müdafiə naziri, Xocalı cəlladı və ikinci Qarabağ müharibəsindən erməni rəhbərliyinin Şuşanın müdafiəsinin tapşırdığı Seyran Ohanyan Ermənistandan qaçıb.

KONKRET.az xəbər verir ki, “Sputnik Ermənistan”a bu barədə onun vəkili Karen Meklumyan məlumat verib.

Meklumyan Ohanyanın qaçdığını belə təsdiqləyib: 

“Müalicə məqsədilə və məhkəmə qərarı ilə ölkəni tərk edib”.

Qeyd edək ki, Ohanyan və oğlu Qarabağda gedən şiddətli döyüşlərdə ağır yaralanmışdı.

Xatırladaq ki, keçmiş nazir Ermənistanda 1-2 mart 2008-ci il hadisələri ilə bağlı ittiham olunur. Ohanyana qarşı qabaqlayıcı tədbir olaraq ölkədən xaricə çıxmamaq öhdəliyi qoyulub. Ohanyan həmşinin Xocalı faciəsinin təşkilatçılarından və qatillərindən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*