“Xocalı soyqırımını tanıdığına görə Paylan persona non-qrata elan edilməlidir” – Zöhrabyanbackend

"Xocalı soyqırımını tanıdığına görə Paylan persona non-qrata elan edilməlidir" - Zöhrabyan

“Qaro Paylan persona non-qrata elan edilməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan feysbuk səhifəsində yazıb. O, erməni əsilli türkiyəli deputat Qaro Paylanı Xocalı soyqırımını tanıdığına görə arzuolunmaz şəxs edilməsini tələb edib.

“Ermənistanda Türkiyə turunda olan Qaro Paylan azərbaycanlılarla birgə Xocalı soyqırımına yas tutur: “Xocalıda öldürülən Azərbaycanın igid sakinlərini hörmətlə yad edəcəm”.

Erməni xalqı 31 ildir ki, ədalət tələb edir. Gəlin dərdlərimizlə yarışmayaq.

Xocalı soyqırımını tanıdığına görə bu adam Ermənistanda persona non-qrata elan edilməlidir.

Avropa parlamentlərində bunun üçün mübarizə apardığım üçün təəssüflənirəm”, – deyə o yazıb.

Qeyd edək ki, Zöhrabyanın murdar xislətinə uyğun olaraq yazdığı bəzi təhqiramiz sözləri və ifadələri yazmadıq.

Xatırladaq ki, bir neçə gün öncə Qaro Paylan Ermənistan-Türkiyə sərhədlərinin açılması və İrəvanla Bakı arasında sabit sülhün bərqərar olmasının vaxtı çatdığını Twitter-də yazıb.

Məlumat üçün bildirək ki, Qaro Paylan 2015-ci ildən Türkiyə Böyük Millət Məclisinin üzvüdür. Kürd yönümlü Xalqların Demokratik Partiyasından seçilib. Paylan 2015-ci ildə Türkiyə parlamentində üç erməni əsilli deputatdan biri olub. 1969-cu ildə Paylanın valideynləri Malatyadan İstanbula köçüblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*