Xocavənddə yaşayış kompleksləri mülki əhalini postlara cəlb etmək məqsədilə salınırbackend

Xocavənddə yaşayış kompleksləri mülki əhalini postlara cəlb etmək məqsədilə salınır

Polkovnik Şair Ramaldanov: “Ərazi bütövlüyümüzü bərpa etməyənə qədər ermənilər orda çox qanunsuzluqlar edəcək”

Məlum olduğu kimi separatçı rejim 27-ci ildir işğal altında qalan Xocavənd rayon mərkəzində yeni yaşayış kompleksləri salıb. Bununla bağlı erməni mediası separatçı rejimin “dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluqun rayon mərkəzindəki yeni yaşayış komplekslərindən birinin tikinti meydançasına baş çəkməsi barədə məlumatlar yayıb. Bu tipli informasiyalar cəmiyyətimizdə böyük hiddət doğurur və təcavüzkar qonşunun qanunsuz hərəkətləri Azərbaycanı müharibəyə təhrik edir. Belə olan təqdirdə Azərbaycanın cavab tədbirləri  necə olmalıdır?

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, polkovnik Şair Ramaldanov Konkret.az-a açıqlamasında vurğulayıb ki,  ermənilərin Dağlıq Qarabağda və işğal edilmiş rayonlarda yeni yaşayış komplekslərinin  salmasında təəccüblü heç nə yoxdur: “30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır və ermənilər orada yaşayırlar. Sadəcə bu tikintilər bundan sonra da çox olacaq. Ona görə ki, onlar yaşayış məntəqələrini bərpa etməlidirlər ki, sabah həmin yerlərdə yaşayan mülki şəxslər postlara cəlb olunsun”.

Polkovnik bildirib ki, müharibə dövründə artıq ermənilərdə belə bir təcrübə var. Belə ki, mülki sakinlər keşik çəkdiyi vaxtlarda əsgərlər döyüş hazırlığı ilə məşğul ola bilirlər: “Aprel hadisələrindən sonra təhlükə yarandığından erməni sakinlər çoxsaylı yaşayış məntəqələrindən köçmüşdülər. Artıq 3 ildir keçir və onlar götür-qoy edib yaşayış məntəqələrində yeni evlər tikirlər ki, camaat köçsün ora və prinsip etibarilə bu proses bundan sonra da davam edəcək”.

Hərbi ekspert vurğulayıb ki, müharibə hələ bitməyib. Ona görə də ermənilərin bütün hərəkətləri bizim üçün qıcıq yaradacaq. “Əgər biz istəmiriksə, ermənilər orda nə isə eləsin, qanunsuz evlər tiksinlər, bunun üçün öz torpaqlarımıza yiyə durmalıyıq və işğal edilmiş torpaqları azad etməliyik. Ərazi bütövlüyümüzü bərpa etməyənə qədər ermənilər orda çox qanunsuzluqlar edəcək. Və bizim bu qanunsuzluqların qarşısını almaq üçün müdaxiləmiz mümkün olmayacaq. Bizim yalnız bir yolumuz qalıb, özümüz o torpaqlarda olmalıyıq və öz camaatımız üçün evlət tikməliyik”,– deyə Ş.Ramaldanov bildirib.

 

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*