Xoşqədəmdən Doğuşa 600 minlik saat hədiyyəsi – VİDEObackend

Xoşqədəmdən Doğuşa 600 minlik saat hədiyyəsi - VİDEO

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının müğənni həyat yoldaşı Doğuşa etdiyi hədiyyə Türkiyə mətbuatında gündəm olub. 

KONKRET.az xəbər verir ki, bu barədə Doğuş Türkiyənin “TV8” kanalında yayımlanan “2-ci sayfa” verilişində qonaq olarkən danışıb.

O, aparıcının ünvanladığı “qolunuzdakı saat hamının diqqətini çəkib. Saatı özünüz, yoxsa həyat yoldaşınız alıb?” sualı cavablandırıb:

“Saatım orijinaldır, qiymət barədə danışmaq istəmirəm. Mənə daha çox həyat yoldaşım hədiyyə alır. Bahalı əşyalar almağı sevmirəm. Özəl günlərdə bir-birimizə hədiyyələr alırıq. Saatı doğum günümdə alıb”.

Verilişin aparıcılar Müge və Gülşen isə saatın qiymətinin 600 min lirə (təxminən 64 min manat – red.) olduğunu bildirib.

Ətraflı süjetdə:

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*