Xüsusi qruplar yaradıldı – Virusa görə ölənləri evdən çıxarmaq üçünbackend

Xüsusi qruplar yaradıldı – Virusa görə ölənləri evdən çıxarmaq üçün

Böyük Britaniyada koronavirusdan ölüm hallarına görə xüsusi qruplar yaradılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onların vəzifəsi evdə ölən koronavirus qurbanlarını çıxarmaqdır.

Sürücü, həkim və iki polis işçisindən ibarət mobil qrup ölümü qeydə alacaq, ölən şəxsin kimliyini müəyyən edəcək və cəsədi meyitxanaya təxliyə edəcək.

İlk belə qruplar Londonda koronavirus xəstələri ilə dolu olan xəstəxanaların işini asanlaşdırmaq üçün yaradılıb.

Ölüm faktı səhiyyə nümayəndəsi tərəfindən qeyd ediləcək. Ancaq tibbi arayış yalnız ikinci həkim cəsədi araşdırdıqdan sonra veriləcək.

“Briqadalara polis əməkdaşları, həkimlər və yanğınsöndürənlər daxildir. Onların vəzifəsi ölüm faktını bildirmək, ölənləri müəyyənləşdirmək və ölümün mümkün şübhəli hallarını yoxlamaqdır. Bundan sonra cəsədləri meyitxanaya və ya cənazə evinə aparmaq üçün lazımi qaydada hazırlayırlar, burada cənazə və ya kremasiya ilə bağlı daha bir qərar veriləcək”, – deyə London Strateji Koordinasiya Qrupunun nümayəndəsi bildirib.

Briqadaların ixtiyarına mikroavtobuslar verilib. Onların vəzifələrinə cəsədlərin hermetik qablaşdırılması da daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*