Yakutiyada “An-3” təyyarəsi qəzaya uğradı – Ölənlər varbackend

Yakutiyada "An-3" təyyarəsi qəzaya uğradı - Ölənlər var

Yakutiyada An-3 yük-sərnişin təyyarəsi qəzaya uğrayıb. Sərt eniş nəticəsində bir nəfər ölüb. İlkin versiyaya görə, qəzaya səbəb mühərrikin sıradan çıxması olub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

URA.RU-nun məlumatına görə, təyyarənin göyərtəsində beş nəfər – üç ekipaj üzvü və iki sərnişin olub.

Bölgədə Fövqəladə Hallar Nazirliyi bir nəfərin öldüyünü bildirir. İlkin məlumatlara görə, uçuş qızıl hasilatı şirkətlərindən birinin podratçıları tərəfindən həyata keçirilib. Təyyarə Olekminsk-Jeleznoqorsk-İlimski marşrutu ilə uçurmuş. An-3 təyyarəsi Borus Airlines şirkətinə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*