“Yaponiyanın ərazi probleminin həlli və Rusiya ilə sülh müqaviləsinin bağlanması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq bəyanatla Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi çıxış edib.
O, Tokioda keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna münaqişəsi səbəbindən Rusiya-Yaponiya münasibətləri də gərginləşib. Baş katib buna əsaslanaraq, hazırda razılığın əldə olunmasının mümkünsüz olduğunu deyib:
“Yaponiya hökuməti ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması ilə bağlı mövqeyinə ciddi şəkildə riayət edir.Bu mövqeyimiz dəyişməz olaraq qalır”.
Yaponiya hökumətinin baş katibi xatırladıb ki, sülh danışıqları 2022-ci ilin yazına qədər davam etsə də, Tokionun antiRusiya sanksiyalarına qoşulmasından sonra Moskva dialoqu dayandırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
