Yaponiyada 408 min nəfərin təxliyəsi gözlənilirbackend

Yaponiyada 408 min nəfərin təxliyəsi gözlənilir

Yaponiyada şiddətli yağışlar səbəbindən 408 min nəfərin təxliyəyə ediləcəyi gözlənilir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Hamamatsu şəhərinin bir çox yerlərində küçələri su basıb.

Riskli bölgələrdəki 172 min evdə yaşayan 408 min nəfərin təxliyəsi üçün çağırışlar edilib.

Əhaliyə su basma riskinə qarşı binaların yuxarı mərtəbələrinə çıxmaları barədə xəbərdarlıq edilib.

Güclü yağışlar Yaponiyada nəqliyyata da mənfi təsir göstərib. Yerli vaxtla saat 14:00-dan etibarən Tokaida Kakegava stansiyası ilə Hamamatsu stansiyası arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Yaponiya Meteorologiya Agentliyi (JMA) riskli ərazilərin sakinlərini mümkün evakuasiya əmrlərinə hazır olmağa çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*