Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildibackend

Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi

Bu gündən etibarən Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv olunub. 

KONKRET.az xəbər verir ki, bunu ölkənin Baş naziri Yoşihide Suqa açıqlayıb.

Bununla yanaşı, bütün ölkə ərazisində koronavirusa qarşı gücləndirilmiş tədbirlər də aradan qaldırılıb.

Qeyd edək ki, Yaponiyada fövqəladə vəziyyət rejimi yayın əvvəllərində qüvvəyə minib və sentyabrdan bu rejim ölkənin 19 prefekturasına tətbiq edilirdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*