Yaponiyadan dünyaya XƏBƏRDARLIQ: “Çin Tayvanda desant əməliyyatına hazırlaşır”backend

Yaponiyadan dünyaya XƏBƏRDARLIQ: "Çin Tayvanda desant əməliyyatına hazırlaşır"

“Pekin Tayvanda desant əməliyyatı keçirə bilər. Bu təhlükənin səviyyəsi son dərəcə yüksəkdir”.

KONKRET.az xəbər verir ki, bu barədə  Yaponiya Müdafiə Nazirliyinin hesabatında məlumat yer alıb.

Departament hesab edir ki, Pekin hərbi hazırlıq baxımından Taypeyi (Tayvanın şimalında yerləşən şəhər) əhəmiyyətli dərəcədə üstələyir və bu fərq hər il daha da artır.

“Çinin elektron müharibə və kiberhücumlardan istifadə edərək mürəkkəb amfibiya əməliyyatı keçirməsi ehtimalını inkar etmək mümkün deyil. Buna görə də Tayvana təhlükə səviyyəsi son dərəcə yüksək qiymətləndirilir”, – deyə bəyanatda vurğulanıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*