Yaşayış binalarında yerləşdirilən su çənləri ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Yaşayış binalarında yerləşdirilən su çənləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Binaların damındakı su çənlərinin əksəriyyəti illərlə istifadə olunsa da, təmizlənmir. Yeni tikili binaların su anbarları təmizlənməsi ilə bağlı da ciddi problemlər var.

KONKRET.az xəbər verir ki, Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər deyirlər ki, binaların ehtiyat su anbarları azı ildə bir dəfə yuyulmalı olduğu halda, MTK-lar bəzən illərlə bu məsələyə biganə yanaşırlar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Ziyəddin Kazımov “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, binalarda yerləşən su anbarları ildə bir dəfə dezinfeksiya olunmalı və yuyulmalıdır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bununla bağlı məcburi tələb var.

Ziyyəddin Kazımov qeyd edib ki, sakinlər özləri də sağlamlıqları üçün bunu MTK-dan tələb etməlidirlər. Çünki vətəndaşlar kommunal xidmət haqlarını, binanın saxlanması xərclərini ödəyirlər. Bir çox binalar MTK-lar tərəfindən idarə olunduğuna görə, bu məsələlərə diqqət yetirilmir.

Binaların damındakı və digər su çənlərinə nəzarət mexanizminə gəlincə, Ziyəddin Kazımov qeyd edib ki, bu, vətəndaşların şəxsi müraciəti əsasında reallaşdırılır.

Ziyəddin Kazımov onu da əlavə edib ki, su çənləri uzun müddət dezinfeksiya olunmadıqda mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*