Yaşayış evində yanğın: 7 nəfər ÖLDÜbackend

Yaşayış evində yanğın: 7 nəfər ÖLDÜ

Rusiyanın Başqırdıstan respublikasının Sterlitamak rayonunda yaşayış evində yanğın baş verib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Matveevka kəndində iki mənzilli kərpicdən tikilmiş yaşayış evində yanğın baş verib.

Yanğında beşi uşaq olmaqla 7 nəfər ölüb.

Yanğının baş vermə səbəbləri müəyyənləşdirilir. Başqırdıstanın istintaq orqanları yanğın faktı ilə bağlı cinayət işi açıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*