“Yaxın vaxtlarda sülh müqaviləsi üzrə danışıqlar aparılacaq” – Qriqoryanbackend

"Yaxın vaxtlarda sülh müqaviləsi üzrə danışıqlar aparılacaq" - Qriqoryan

Yaxın vaxtlarda sülh müqaviləsi təklifləri üzrə danışıqların aparılması gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində bildirib. O, müzakirələrin davam etdiyini qeyd edib.

Jurnalistlərin “Ermənistan Azərbaycanın təkliflərinə 40 gündən artıq cavab verməyib” sualına Qriqoryan cavab verib ki, Ermənistan öz nümunələrini çatdıranda Azərbaycan da gecikib və bu normaldır.

“Biz təkliflərimizi təhvil vermədik. Çünki danışıqlar planlaşdırılır”, – Qriqoryan deyib.

O, həmçinin qeyd edib ki, İrəvan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının imkanlarını genişləndirməyi təklif edib. Çünki müşahidəçilərin sayı Ermənistanın Azərbaycanla beynəlxalq sərhədlərinə nəzarət etmək üçün kifayət etmir.

Təhlükəsizlik Şurasının katibi deyib ki, Ermənistan bütün tərəfdaşlarına həm insanların sayını, həm də digər imkanları artırmağı təklif edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*