“Yeganə sual “biz qaçılmaz müharibədə niyə qalib gəlmədik?” olmalıdır”.
KONKRET.az xəbər verir ki, bunu İranşünas Vardan Voskanyan yazıb.
“Aydındır ki, “əvvəllər güzəştə getsəydik, müharibə olmazdı” tezisi əsassızdır. Çünki acı təcrübə göstərir ki, istənilən güzəştlər nəinki heç bir problemi həll etmir, əksinə, böyük fəsadlara gətirib çıxarır.
“Müharibədən qaçmaq üçün niyə müəyyən əraziləri əvvəllər təslim etmədik” sualını qaldırmağın yeri yoxdur. Çünki müharibə olacaqdı və yenə olacaq. Müharibənin qarşısını alan güzəştlər deyil.
Bu baxımdan biz özümüzə yalnız bu sualı verməliyik – “niyə qaçılmaz müharibədə qalib gəlmədik?” və “düşmənlə növbəti qarşılaşmaya hazırlaşmaq və qalib gəlmək üçün nə edirik?”.
Bəzilərinin qulaqlarını nə qədər incitsə də, acı təcrübəmiz göstərdi ki, “bir qarış torpaq” tezisinin sadəcə olaraq alternativi yoxdur. Çünki düşmən özü bu prinsipi rəhbər tutur. Bizim “əbədi” toqquşmamızda. düşmən qalib və məğrur yaşamağa davam edəcək”, – deyə Voskanyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
