Yəhudi kabbalist alim İsraili işğalçı adlandırdıbackend

Yəhudi kabbalist alim İsraili işğalçı adlandırdı

“Fələstində ərəblər yaşayırdı, yəhudilər gəldi, onları qovdu, sıxışdırdı, şəhərlərini və ölkələrini qurdular. Yaxşı, bəs ədalət haradadır?

“Davamlı olaraq bütün bəşəriyyətin hədəfində olacağıq və bundan yaxşı heç nə alınmayacaq…”

Beynəlxalq Kabbala Akademiyasının qurucusu, fəlsəfə doktoru Mixael Laytman “YouTube” kanalında Fələstin-İsrail münaqişəsinin həlli üçün nələrin edilməsi lazım olmasına dair gözlənilməz fikirlər səsləndirib(Kabbala – Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə “qəbul etmə, təhvil vermə” deməkdir-S.L.).

KONKRET.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

Yəhudi alim  hesab edir ki, əvvəlcə İsrail övladları nə üçün yaşadıqlarını düşünməlidirlər.

“Bu suala cavab olmadan, necə yaşayacağımıza qərar verə bilməyəcəyik? Davamlı olaraq bütün bəşəriyyətin hədəfində olacağıq və bundan yaxşı heç nə alınmayacaq ”-deyə kabbalist vurğulayıb.

“Əslində, israillilər Fələstini işğal ediblər”- M. Laytman belə deyir: “Burada ərəblər yaşayırdı, yəhudilər gəldi, onları qovdu, sıxışdırdı, şəhərlərini və ölkələrini qurdular. Yaxşı, bəs ədalət haradadır? Əgər bu torpaq üçün həqiqi hüquqlarınız yoxdursa, deməli, burada heç bir işimiz yoxdur. Burada yaşamağa və buranın bizim olduğunu söyləməyə yetərli əsasımız yoxdur”.

Yəhudi alimi Laytman, çıxış yolunu mümkün olan bütün yollarla israillilərə və bütün dünyaya yəhudi xalqının varlığının mənasını izah etməkdə görür. “Və bu məqsədə çatmaq üçün İsrail xalqı mövcud olmalıdır. Onun özünə yaxşı olması üçün deyil, dünya üçün, başqaları üçün, dünyanı Yaradana qovuşdurmaq üçün. Dünyaya nümunə olmaq üçün birləşmək… Bu, bizdən deyil, ən Ali Proqramdan asılıdır. Ona görə də onun gerçəkləşəcəyinə ümid və inamla doluyam. Amma heç kim bilmir  bu, hansı yollarla olacaq: az qan və ya böyük sarsıntılarla?” -deyə kabbalist alim fikirlərini yekunlaşdırıb./moderator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*