Yenə əməliyyat olunacaq: sol tərəfi iflicdirbackend

Yenə əməliyyat olunacaq: sol tərəfi iflicdir

Bir müddət əvvəl məşq zamanı qəzaya keçirən çexiyalı xizəkçi Tereza Nova tədricən sağalır.

KONKRERT.az publika.az-a istinadən xəbər verir ki, lakin bədəninin sol tərəfi hələ də iflicdir. Tezliklə o, başından növbəti dəfə əməliyyat olunacaq. Bu barədə “Idnes.cz” məlumat yayıb.

27 yaşlı Nova yanvarın 24-də Almaniyanın Qarmiş-Partenkirxen şəhərində aşağı eniş yarışı üçün məşq edərkən qəzaya uğrayıb. Yıxılma nəticəsində o, başından ciddi xəsarət alıb. Tereza beynindəki şişkinliyi və göz yuvasındakı sınığı azaltmaq üçün əməliyyat keçirib.

İdmançının atası Yozef Novı onun son durumu haqda açıqlama verib:

” O, danışmırdı. İndi “Whatsapp”da danışır və qısa mesajlar yazır. O, bizimlə əlil arabasında qəhvə içməyə gedir, bu, əhəmiyyətli dəyişiklikdir”.

Baş qoruyucusu olan əlil arabasından istifadə edən Nova “çox çalışacam ki, yenidən yeriyə bilim, sonra bacararamsa, xizək sürə bilim” – deyə bildrib. /Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*