Bakının Nizami rayonunun yeni icra başçısı Coşqun Cəbrayılov kadr dəyişikliyi edib.
KONKRET.az-a etibarlı mənbədən daxil olan məlumata görə, yeni icra başçısı Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Mahmudova Nəsibə Qasım qızını işdən çıxarıb.
Qeyd edək ki, Nəsibə Mahmudova uzun zamandır İcra hakimiyyətində çalışıb.
O, keçmiş MTN şefi Eldar Mahmudovun qohumudur.
Natiq Səlim,
KONKRET.az
