“Yeni müharibə labüddür” – Sülhməramlıların “planı” – AÇIQLAMAbackend

“Yeni müharibə labüddür” – Sülhməramlıların "planı" - AÇIQLAMA

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə gəlib. Belə ki, Sarkisyan Xocavənd rayonunun Sos kəndində yerləşən Amaras monastrına baş çəkib, Muxtarkənd və Şuşikəndlərində sakinlərlə görüşüb. Lakin bu, Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Çünki bundan əvvəl də bəzi separatçılar, cinayətkar erməni dairələri və Ermənistan siyasi elitası Rusiya sülhməramlılarının müşayəti ilə qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə səfər edib, Azərbaycan tərəfi isə ən yüksək şəkildə buna etirazını bildirib. Maraqlıdır, bu səfərlərin arxsında hansı məqamlar dayanır? Rus sülhməramlıları bu özbaşınalıqlara niyə şərait yaradırlar?

Əli Hacızadə, politoloq

Mövzunu KONKRET.az-a dəyərləndirən politoloq Əli Hacızadə bildirib ki, son vaxtlar mütəmadi şəkildə görürük ki, sülhməramlılar birbaşa olaraq öz funksiyalarından başqa hər şeylə məşğul olurlar: “Elə Serj Sarkisyanın da səfəri bu qəbildəndir. Biz görürük ki, Laçın dəhlizindən gah erməni ordusunun və texnikasının daşınması üçün istifadə olunur, gah İrandan qaçaqmalçılıq yolu ilə gələn yüklərin daşınması üçün, gah da Sarkisyan kimi hərbi cinayətkarların maneəsiz gediş- gəlişi üçün istifadə olunur”.

“Bu isə o deməkdir ki, 10 noyabr bəyanatının bəndləri pozulur, imza atan üç tərəfdən ikisi əgər bu sənədə riayət etmirsə demək Azərbaycanın öhdəliyi də ortadan qalxmış olur. Ona görə, zənnimcə məsələ Laçın koridorunun Azərbaycanın nəzarətinə verilməsi ilə həll olunmalıdır. Əks təqdirdə, erməni tərəfinin bu aktivliyi və sülhməramlıların “susqunluğu” regionda yeni müharibəyə gətirib çıxaracaq”-deyə, politoloq vurğulayıb.

Beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı da KONKRET.az-a açıqlamasında Qarabağda baş verən ümumi hadisələrə toxunub: “Son zamanlar Qarabağda baş verən hadisələr, əsas da sərhəd gərginliyi və atəşkəsin mütəmadi pozulmasının müəyyən pərdəarxası məqamları var. Qarabağda hal-hazırda da Sarkisyana, Koçaryana və erməni daşnaklarına bağlı adamlar var. Sarkisyan və Koçaryanın da həmin ərazilərdə müəyyən mənada nüfuzları var. Düzdür, Sarkisyanın nüfuzu o qədər də çox deyil, əsas üstünlük Koçaryandadır, buna abxmayaraq onlar da daşnaklarla birlikdə hərəkət edirlər və Sarkisyan da burda müəyyən mənada rol oyanyır”.

Teymur Qasımlı, politoloq

“Konkret olaraq Sarkisyanın Xocavənd rayonuna gəlməsində əsas məqsəd bu ola bilər ki, onun ziyarət etdiyi kəndlərdə yaşayan ermənilər var. Həmin kəndlərə ermənilər isə Çar Rusiyası dövründə gətirilib. 2005-ci ilin statistikasına görə, Sarkisyanın ziyarət etdiyi Muxtarkənddə 77 min, Şuşakənddə isə 500 və daha az adam yaşayıb. Demək ziyarətin səbəbi bu ola bilər ki, Sarkisyan həmin erməniləri dəstəklədiklərini və onları qoruduqlarını göstərmək istəyir”-deyə, analitik vurğulayıb.

Qasımlı ermənilərin həmin ərazilərdə postlar qurduqlarına, rus sülhməramlıların isə buna göz yummasına da münasibət bildirib: “Bu məsələlərin də pərdəarxası məqamları bu ola bilər ki, əgər həmin ərazilərdə postlar qurulursa, sülhməramlılar buna göz yumursa, Sarkisyan da ora gəlirsə demək ki, gərginliyin artmasında maraqlı olan qüvvələr var. O ki, qaldı sülhməramlılara, onlar hal-hazırda da işğaldan azad edilmiş ərazilərimizdə tam özbaşınalıq edir, proseslərə nəzarət edə bilmir, yaxud nəzarət edə bilir, amma qəsdən göz yumurlar. Sarkisyanın ora gəlməsi də qeyri-qanunidir. Rusiya sülhməramlıları isə hər şeyə rəğmən Üçtərəfli bəyanatın tələblərini pozaraq qanunu pozur və ya pozulmasına dəstək verirlər. Azərbaycan isə bu məsələlərdə həm 10 noyabr bəyanatının tələblərinə, həm Azərbaycan Konstitusiyasına, həm də beynəxlalq hüququn norma və prinsiplərinə uyğun addımlar atmalıdır”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*