Yeni yük maşını dizel yanacağı xərclərini yarıya endirəcəkbackend

Yeni yük maşını dizel yanacağı xərclərini yarıya endirəcək

ABŞ-da dizeldən qənaətlə istifadə edilən yeni avtomobil yaradılıb.

KONKRET.az xəbər verir ki, yeni yük maşını 100 kilometrə cəmi 18,4 litr dizel yanacağı sərfiyyatı təklif edir.

Yüksək performans təkcə yeni texnoloji mühərrikin üstünlüyü deyil. Şirkətin mühəndisləri yük maşınının işinin bir çox aspektlərinə yenidən baxıblar. Məsələn, aerodinamika demək olar ki, tamamilə yenidən işlənib. Avtomobil panoramik kabin, maili ön və dar burun forması alıb. Təkərlər maşının ümumi dizaynında tamamilə gizlədilir və kütləvi güzgülər əvəzinə hətta gecələr də yüksək keyfiyyətli təsvirlər verən yüksək ayırdetmə qabiliyyətinə malik kameralardan istifadə olunur. Nəticədə çəki inanılmaz dərəcədə 48% azalıb.

Dizaynerlər həmçinin avtomobilin çəkisini 3221 kiloqrama qədər azaldaraq avtomobilin tərtibatı üzərində işləyib. Buna daha yüngül təkərlər, yeni materiallar və dizayn həlləri vasitəsilə nail olunub.

48 voltluq elektrik generatoru şarj üçün regenerativ əyləcdən istifadə edən yumşaq hibrid sistemin əsasını təşkil edir. Bunun sayəsində yük maşınının köməkçi sistemləri əsas olmayan mühərrikdən enerji alır. Dəzgah testlərində mühərrik 55,7% səmərəlilik göstərib.

“Kenworth” şirkətinin icraçı direktoru Jim Ualençzak mətbuata açıqlamasında deyib ki, layihənin əsas məqsədi sənayedə ən səmərəli yük maşınını istehsal etməkdir. Yeni məhsul artıq bazarda maraq yaradıb və PACCAR-ın qabaqcıl texnologiya meneceri Martin Meyerin sözlərinə görə, belə yük maşını seriyasının buraxılması sənayedə yanacaq sərfiyyatını 10% azaldacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*