Yeniyetmə oğlan Kürdə batdı – FOTOLARbackend

Yeniyetmə oğlan Kürdə batdı - FOTOLAR

15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.

Hadisə yerinə Kürdəmir rayon Polis Şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Hazırda meyitin tapılması istiqamətində işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*